Bakı. Trend:
ABŞ-da məhkəmə "Tesla" şirkətinin baş direktoru İlon Maskın 2018-ci ildə təsdiqlənmiş maaş paketini ləğv edən əvvəlki qərarı qüvvədən salıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, Delaver ştatının Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin Maskın çoxmilyardlıq əməkhaqqı paketinin ləğvi ilə bağlı qərarını “əsassız və həddindən artıq” hesab edərək onu ləğv edib. Beləliklə, 2018-ci ildə "Tesla" rəhbərliyi tərəfindən təsdiqlənmiş maaş paketi yenidən bərpa olunub.
Xatırladaq ki, bu ilin əvvəlində Delaver məhkəməsi sözügedən paketi “ədalətsiz və həddindən artıq yüksək” qiymətləndirərək ləğv etmişdi. Qərarda Maskın idarə heyətinə təsir imkanlarının yetərincə nəzərə alınmadığı iddia olunurdu.
Ali Məhkəmə isə apellyasiya şikayətini təmin edərək əvvəlki hökmü qüvvədən salıb.
Qeyd edək ki, İlon Mask bu qərardan sonra "Tesla"nın hüquqi qeydiyyatının Delaverdən Texas ştatına köçürülməsi ehtimalını da gündəmə gətirmişdi.