Bakı. Trend:
İsrail ordusunun mexanikləşdirilmiş patrulu Suriya ərazisinə daxil olaraq cənubdakı Əl-Kuneytra vilayətindəki dörd yaşayış məntəqəsində təmizləmə əməliyyatı həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.
Məlumata əsasən, İsrail qoşunları yeddi zirehli maşınla Ayn-Zeyvan, Kidna və Suveysa qəsəbələrinə doğru yola düşüblər. Onlar müvəqqəti nəzarət məntəqələri quraraq bu şəhərləri birləşdirən yolu bağlayıblar.
Axtarışlar zamanı radikal qruplara mənsub olmaqda şübhəli bilinən bir neçə şəxs saxlanılıb.
Vilayətin mərkəzi hissəsində İsrail ordusunun digər bir bölmələri müqavimət göstərmədən Əl-Əcrəf kəndinə daxil olub və orada piyadaları və nəqliyyat vasitələrini yoxlamaq üçün yoxlama məntəqəsi qurublar.