Bakı. Trend:
Beynəlxalq təşkilatlarda namizədlərin irəli sürülməsi və seçilməsi zamanı bir-birimizə qarşılıqlı dəstək göstəririk.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq mövcuddur
"Azərbaycanla Monteneqro arasında humanitar sahədə böyük potensial var. Xüsusilə təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq üçün geniş imkanlar var. Bu çərçivədə təqaüd proqramlarından Monteneqrodan olan tələbələrin də yararlanması nəzərdə tutulur", - deyə Ceyhun Bayramov qeyd edib.
