...

"Mançester Yunayted" "Aston Villa"ya uduzub - İngiltərə Premyer Liqası

İdman Materials 21 Dekabr 2025 22:38 (UTC +04:00)
"Mançester Yunayted" "Aston Villa"ya uduzub - İngiltərə Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Trend xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Birmingem klubu 36 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Mançester təmsilçisi isə 26 xalla 7-cidir.

Qeyd edək ki, tura bu gecə keçiriləcək "Fulhem" - "Nottingem" görüşü ilə yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti