Bakı. Trend:
Amerikalı bloqer Ceyk Pol keçmiş boks çempionu Entoni Coşuaya uduzduqdan sonra çənə əməliyyatı etdirib.
Trend-in məlumatına görə, Pol özü "Instagram" səhifəsində əməliyyatın uğurlu keçdiyini, bir neçə diş çıxarıldığını və çənəsinə iki titan lövhə qoyulduğunu bildirib.
Bloqer qeyd edib ki, növbəti yeddi gün ərzində yalnız maye qidalar qəbul ediləcək, sosis yemək mümkün olmayacaq.
Xatırladaq ki, Pol 20 dekabrda Coşua ilə döyüşdən sonra xəstəxanaya yerləşdirilib və həkimlər ona çənə sümüyünün sınığı diaqnozu qoyublar.
