...

Argentinanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 21 Dekabr 2025 06:50 (UTC +04:00)

Bakı. Trend:

Ev dustaqlığında olan Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın ağrısı ilə xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə “La Nacion” qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, çağırış ünvanına gələn həkimlər sabiq prezidentini korrupsiya ittihamı ilə cəza çəkdiyi mənzildə müayinə ediblər və onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub. O, əməliyyat olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti