Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.
Trend-in məlumatına görə, açılış oyununda “Çelsi” səfərdə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib.
Turun mərkəzi qarşılaşmasında “Tottenhem” öz meydanında “Liverpul”a 1:2 hesabı ilə uduzub.
Digər matçlarda isə “Mançester Siti” “Vest Hem”ə 3:0, “Brentford” “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlib, “Bornmut” “Börnli” ilə (1:1), “Brayton” isə “Sanderlend”lə (2:2) heç-heçəyə razılaşıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 37 xalla “Mançester Siti” başçılıq edir. Bir oyun az keçirən “Arsenal” 36 xalla ikinci pillədə qərarlaşıb.