Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə 189,114 milyon barrel neft nəql olunub.
Bu barədə Trend Türkiyənin BOTAŞ şirkətinə istinadla məlumat verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 204,061 milyon barrel təşkil edib. Beləcə daşınmanın həcmi 7,3 faiz azalıb.
2025-ci ilin noyabr ayında Türkiyə ərazisindən BTC kəməri ilə 16,326 milyon barel neft nəql edilib ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 18,8 faiz azdır (20,116 milyon barel).
Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən, Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 224,14 milyon barel neft daşınıb.
BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:
bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
