...

ABŞ Venesuela sahillərində tanker saxlanılıb

Dünya xəbərləri Materials 21 Dekabr 2025 03:06 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Venesuela sahillərində neft tankerinin ələ keçirildiyini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə nazir Kristi Noem "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ Sahil Mühafizəsi hərbçiləri Pentaqonun köməyi ilə "Venesueladakı bir limandan əvvəl yola düşmüş bir neft tankerini saxlayıblar".

Nazir bildirib ki, Vaşinqton "narkoterrorizmi maliyyələşdirmək" üçün istifadə edilən "sanksiyalı neftin qanunsuz daşınmasına" qarşı mübarizəni davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti