...

ABŞ “Qızıl kart”ın satışından 1,3 milyard dollar gəlir əldə edib

Dünya xəbərləri Materials 20 Dekabr 2025 05:08 (UTC +04:00)
ABŞ “Qızıl kart”ın satışından 1,3 milyard dollar gəlir əldə edib

Bakı. Trend:

ABŞ qısa müddət ərzində ölkədə yaşamaq hüququ verən “Qızıl kart”ın satışından 1,3 milyard dollar gəlir əldə edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik məlumat verib.

Onun sözlərinə görə, satışlar cəmi bir neçə gün ərzində bu həcmdə gəlir formalaşdırıb. Latnik bildirib ki, hazırda “Qızıl kart” vasitəsilə leqallaşmaq istəyənlər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə müraciətin baxılması üçün 15 min dollar rüsum ödəməlidirlər. Müraciət müsbət cavablandırıldıqdan sonra namizəddən ABŞ hökumətinə əlavə olaraq 1 milyon dollar ödəniş tələb olunur. Rəsmilər müraciətlərə sürətlə baxılacağını və “Green Card”ın veriləcəyini vəd edirlər.

Xəbər lenti

Xəbər lenti