Bakı. Trend:
ABŞ Vaşinqtonun sanksiyaları altında olan bir gəmini ələ keçirmək və saxlamaq üçün Venesuela sahillərində beynəlxalq sularda əməliyyat keçirir.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan üç Amerika rəsmisinə istinadən xəbər verib.
Agentliyin mənbələri əməliyyatın harada keçirildiyini dəqiqləşdirməsə də, ABŞ Sahil Mühafizəsinin ona rəhbərlik etdiyini əlavə edib.