Bakı. Trend:
Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
