...

Nəsimi rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb

Cəmiyyət Materials 20 Dekabr 2025 16:04 (UTC +04:00)
Nəsimi rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində yerləşən mağazaların birindən 337 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Salmanov və A.Xələfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, A.Xələfov digər tanışları V.Nəsirov və S.Hüseynovla da əlbir olaraq daha bir mağaza və kafedən oğurluqlar edib. Nəticədə həmin şəxslər zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurublar. Digər iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti