...

Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarlayıblar

Dünya xəbərləri Materials 20 Dekabr 2025 11:38 (UTC +04:00)
Alimlər “3I/ATLAS” kometasında qəribə enerji sıçaryışı aşkarlayıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər kosmik obyekt "3I/ATLAS"da eyri-adi enerji sıçrayışı aşkarlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, "3I/ATLAS”ın Yerə maksimal yaxınlaşmasının hesablanmış anına cəmi 3 saat 20 dəqiqə qalmış Şuman rezonanslarında 25 Hz tezlikli siqnal qeydə alınıb.

“Onların ulduzlararası obyektin Yerə ən yaxın olduğu anla tam üst-üstə düşməsi, mənim fikrimcə, adi təsadüf sayıla bilməz ”,- “All Day Astronomy” nəşrinin astronom eksperti bildirib.

Qeyd edək ki, 19 dekabr tarixində ulduzlararası kometa “3I/ATLAS” Yerdən 270 milyon kilometr məsafədən keçib və hazırda ondan uzaqlaşır. Mütəxəssislər “3I/ATLAS”ın meydana çıxmasını 2025-ci il iyulun 1-də müşahidə ediblər və həmin vaxtdan etibarən onun yaxınlaşmasını diqqətlə izləyiblər. Obyektin əsas xüsusiyyəti onun Günəş sisteminə kənardan daxil olmasıdır. Bu, müşahidələr tarixində qeydə alınmış üçüncü ulduzlararası obyektdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti