...

Ərdoğan Türkiyənin müdafiə sənayesində əsas hədəfini açıqlayıb

Dünya xəbərləri Materials 20 Dekabr 2025 21:53 (UTC +04:00)
Ərdoğan Türkiyənin müdafiə sənayesində əsas hədəfini açıqlayıb

Bakı. Trend:

Türkiyənin müdafiə sənayesi sahəsində 2028-ci il üçün qarşıya qoyduğu əsas məqsəd 11 milyard dollar həcmində ixrac həyata keçirərək dünyanın ilk 10 ölkəsi sırasında yer almaqdır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Gəmiqayırma Zavodu Komandanlığında dəniz platformalarının istismara verilməsi mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə eyni zamanda öz döyüş gəmisini layihələndirən, modernləşdirən və suya buraxan dünyadakı 10 dövlətdən biri hesab olunur.

Türkiyə prezidenti bildirib ki, “TCG Anadolu” amfibiya gəmisindən daha iri, uzunluğu 300 metr olan aviadaşıyıcı gəminin tikintisinə artıq start verilib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə müdafiə sənayesi üzrə həyata keçirdiyi layihələrdə yalnız məhsulların təkmilləşdirilməsinə deyil, həm də ekosistemin formalaşdırılmasına, insan kapitalının inkişafına və texnologiya istehsalı imkanlarının genişləndirilməsinə xüsusi önəm verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti