...

Ukrayna ilə ABŞ arasında yeni danışıqlar raundu keçiriləcək

Dünya xəbərləri Materials 21 Dekabr 2025 22:03 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə yeni danışıqların başladığını bildirib. Danışıqlar ABŞ-ın Mayami şəhərində təşkil olunur.

Bu barədə Trend Umerovun "Telegram" kanalına istinadən məlumat verir.

Umerovun paylaşımından görünür ki, görüşdə yalnız o iştirak etməyəcək. Onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov da iştirak edəcək.

"Birləşmiş Ştatlarda işimizin üçüncü günüdür. Bu gün general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik. Növbəti irəliləyişlərə və praktik nəticələrə ümid edirik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti