Bakı. Trend:
Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Aomori şəhərindən 115 km şərqdə, ocağı isə 55 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.