...

Macarıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

İqtisadiyyat Materials 20 Dekabr 2025 14:11 (UTC +04:00)
Macarıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 260,644 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,9 milyon dollar və ya 1,9 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Macarıstandan reallaşan investisiyaların payı 5,5% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 133,756 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti