Bakı. Trend:
Sərhəd bölgəsində baş verən toqquşmalar nəticəsində təxminən bir milyon Kamboca və Tailand vətəndaşı evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, Kamboca Daxili İşlər Nazirliyi Tailandla sərhəddəki döyüşlər səbəbindən 518 mindən çox vətəndaşın təhlükəsizlik məqsədilə ərazilərini tərk etdiyini bildirib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, qadınlar və uşaqlar da daxil olmaqla yarım milyondan çox kambocalı Tailandın F-16 qırıcı təyyarələrinin atəşindən, raket və hava bombardmanından qaçmaq üçün evlərini və məktəblərini tərk etməyə məcbur olublar.
Eyni zamanda, Tailand hakimiyyəti sərhəd bölgəsindən 400 mindən çox vətəndaşın təxliyə edildiyini açıqlayıb.
