...

Nəsə baş verəndə az qala soyuducunu açanda da "təhsil eksperti" adı ilə kimsə DİM-in fəaliyyəti barədə fikir bildirir - Məleykə Abbaszadə

Cəmiyyət Materials 20 Dekabr 2025 10:23 (UTC +04:00)
Nəsə baş verəndə az qala soyuducunu açanda da "təhsil eksperti" adı ilə kimsə DİM-in fəaliyyəti barədə fikir bildirir - Məleykə Abbaszadə
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz artıq imtahan proqramlarını çap etmişik, yaxın zamanda model testlər də nəşr olunacaq. Amma maraqlıdır ki, heç kim bu proqramların məktəb dərslikləri ilə uyğun olub-olmadığını, kurikulumla nə dərəcədə əlaqəli olduğunu müzakirə etmir.

Bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

O, bu cür müzakirələrin məhz imtahan ərəfəsində başlamasının təsadüfi olmamasına diqqət çəkib:

"Biz isə istəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və öncədən açıq şəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr həmişə imtahan ərəfəsində və ya imtahandan bir gün sonra başlayır? Bu, bəzi şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti