...

Fernando Muslera “Estudiantes”lə növbəti titullarını qazanıb

İdman Materials 21 Dekabr 2025 15:16 (UTC +04:00)
Fernando Muslera “Estudiantes”lə növbəti titullarını qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera yeni komandası – Argentinanın “Estudiantes” klubunda növbəti uğuruna imza atıb.

Trend-in məlumatına görə, təcrübəli qapıçı son bir həftə ərzində iki fərqli turnirdə kubok qazanaraq karyerasına daha bir titul əlavə edib.

“Estudiantes” Argentina Çempionlar Kubokunun finalında “Platense” ilə qarşılaşıb. Görüş Musleranın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və kubok “Estudiantes”in muzeyinə aparılıb.

Qeyd edək ki, “Estudiantes” bir həftə əvvəl, dekabrın 14-də Argentina Liqasının 2-ci mərhələsinin finalında “Rasinq Klub”u məğlub edərək çempion olmuşdu.

Xəbər lenti

Xəbər lenti