...

Türkiyə MİT rəhbəri "HƏMAS"ın nümayəndə heyəti ilə görüşüb

Dünya xəbərləri Materials 20 Dekabr 2025 19:38 (UTC +04:00)
Türkiyə MİT rəhbəri "HƏMAS"ın nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda "HƏMAS" təşkilatının nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, "Qəzzada atəşkəs Sazişi" çərçivəsində keçirilən görüşdə HƏMAS nümayəndə heyəti atəşkəs qaydalarına riayət etdiklərini bildirib və İsrail tərəfinin törətdiyi pozuntular barədə məlumat verib.

Türkiyənin Qəzzada atəşkəsin tətbiqi istiqamətində qarant ölkə kimi intensiv səyləri vurğulanıb.

İki nümayəndə heyəti arasında keçirilən görüşdə Qəzza Sülh Planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması və mövcud problemlərin həlli yolları ilə bağlı məsləhətləşmələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti