Bakı. Trend:
Çinin "Çançjen-5" raketi şənbə günü yeni texnologiyaların sınaqdan keçirilməsi üçün 23 nömrəli rabitə peykini orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "CGTN" televiziya kanalı xəbər verib.
Raket Pekin vaxtı ilə saat 20:30-da Haynan adasındakı Vençanq Peyk Buraxılış Mərkəzindən buraxılıb. Peyk təyin olunmuş orbitə uğurla daxil olub.
23 nömrəli eksperimental rabitə peyki əsasən çoxzolaqlı yüksək sürətli peyk rabitə texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulub.