Bakı. Trend:
"Bavariya"nın müdafiəçisi İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Münhen "Bavariya"sının müdafiəçisi Saşa Boenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi gündəmə gəlib.
"Nyukasl" və "Kristal Pelas" klubları futbolçunun transferində maraqlıdırlar. Keçidin qış transfer pəncərəsində rəsmiləşə biləcəyi qeyd olunur.
Qeyd edək ki, 25 yaşlı fransalı cinah müdafiəçisi 2024-cü ilin yanvarında "Bavariya"ya qoşulub. Onun Münhen nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.