...

ABŞ Puerto Rikoda F-35A qırıcıları yerləşdirərək bölgədəki qüvvələrini gücləndirib

Dünya xəbərləri Materials 21 Dekabr 2025 17:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil “F-35A Joint Strike” qırıcılarından ibarət eskadrilya Puerto Rikodakı Ruzvelt Rods Hərbi Hava Qüvvələri bazasına çataraq bölgədəki ABŞ qüvvələrini gücləndirib.

Trend-in məlumatına görə, bu barədə “The War Zone” nəşri xəbər yayıb.

Qeyd olunur ki, bundan əvvəl sözügedən bazada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 10 ədəd F-35B qırıcı təyyarəsi yerləşdirilmişdi.

Nəşrin yazdığına görə, F-35A qırıcılarının bölgəyə göndərilməsi Venesuela prezidenti Nikolas Maduroya istefa verməsi üçün siyasi və hərbi təzyiq göstərilməsi missiyasının tərkib hissəsi olub.

Vermont ştatında yerləşən 158-ci Hava Milli Qvardiyası Qanadından göndərilən təyyarələrin dəqiq sayı açıqlanmayıb. Müşahidəçilər bölgəyə ən azı 10 qırıcının çatdırıldığını ehtimal edirlər.

ABŞ Hərbi Hava Qüvvələrinin Karib dənizi bölgəsinə ilk taktiki qırıcı təyyarəsi olan F-35A-nın yerləşdirilməsi, Hərbi Hava Qüvvələrinin Venesuela hava məkanının dərinliyindəki hədəflərə 900 kiloqram (2000 funt) ağırlığında idarə olunan bombalarla zərbə endirmə imkanlarını genişləndirir.

Xəbər lenti

Xəbər lenti