...

İran Aİİ ilə sərbəst ticarəti ən önəmli iqtisadi nailiyyət hesab edir – Səfir

Dünya xəbərləri Materials 22 Dekabr 2025 01:07 (UTC +04:00)
İran Aİİ ilə sərbəst ticarəti ən önəmli iqtisadi nailiyyət hesab edir – Səfir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin may ayında İranla Avrasiya İqtisadi İttifaqı arasında sərbəst ticarət sazişinin qüvvəyə minməsi cari ildə İranın ən önəmli iqtisadi nailiyyəti olub.

Trend xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali Avrasiya İqtisadi İttifaqının rəsmi iclasında deyib.

Regional əməkdaşlıq və iqtisadi həmrəyliyin əhəmiyyət kəsb etdiyini qeyd edən İran səfiri bildirib ki, bugünkü dünyada davamlı inkişaf və müştərək rifah regional və çoxtərəfli əməkdaşlıq sayəsində mümkündür.

İran səfiri İranın regional və regiondan kənar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı, İnkişafda olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D8), BRICS, Asiya Əməkdaşlıq Dialoq Forumu, Hind Okeanı ətrafı ölkələr birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, İranın xarici siyasətində önəmli təşkilatlar hesab olunur.

Cəlali qeyd edib ki, Aİİ İranın iqtisadi diplomatiyasında xüsusi mövqeyə sahibdir. İran və bu ittifaq arasında sərbəst ticarət sazişinin icra olunması, həmçinin müşahidəçi mövqeyini qazanması, bu iqtisadi qurumda İran üçün effektiv və konstruktiv iştirakın başlanğıcı hesab olunur.

İran səfiri əlavə edib ki, hazırkı iclas İran və Aİİ-yə üzv ölkələrin ticarət, enerji, nəqliyyat və yeni texnologiyalar sahələrində strateji əməkdaşlığın inkişafı üçün birgə əməkdaşlıq üçün iradəsinin göstəricisidir. İki tərəfin iş adamları və milli iqtisadiyyatları üçün misilsiz fürsətlər və ticarət dövriyyəsinin artmasına imkan yaradır.

Cəlali qeyd edib ki, İran cari il ərzində Aİİ-yə üzv ölkələrin dövlət başçılarının sammiti, baş nazirləri dövlətlərarası şurasının iclasında iştirak edib. Bu isə İranın bu regional təşkilat çərçivəsində iqtisadi və ticarət əməkdaşlığının möhkəmlənməsi üçün ciddi iradəsini göstərir. Aİİ-yə üzv ölkələrin ticarət nazirlərinin iclası 2026-cı ilin fevralında Tehranda 4-cü Avrasiya ilə Ticarət Beynəlxalq Sərgisi keçiriləcək.

Cəlali əlavə eidb ki, İran və Aİİ arasında strateji əməkdaşlıq üzrə uzunmüddətli perspektiv mövcuddur. Bu əməkdaşlıq milli hakimiyyətlərin möhkəmlənməsi, ticarət və nəqliyyatın sadələşdirilməsi, enerji təhlükəsizliyinin artırılması, yeni texnologiyanın inkişafı, birgə bank və maliyyə infrastrukturlarının yaradılması və sosial əlaqələrin inkişaf etdirilməsi kimi məqsədləri özündə ehtiva edir. İran və Aİİ-yə üzv ölələr arasında tarixi və mədəni bağlar regional həmrəylik və davamlı iqtisadi əməkdaşlıq üçün uğurlu örnək yarada bilər.

Xəbər lenti

Xəbər lenti