...

Misli Premyer Liqasında XVI tur davam edir

İdman Materials 21 Dekabr 2025 19:46 (UTC +04:00)
Misli Premyer Liqasında XVI tur davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Turun günün ikinci matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, bu nəticədən sonra "Araz-Naxçıvan" xallarını 26-ya çatdıraraq altıncı, "Şamaxı" isə 20 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ilk matçında "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etmişdi.

XVI tur dekabrın 22-də "Sumqayıt" – "Sabah" oyunu ilə yekunlaşacaq.

xxx

17:13

Turun günün ilk matçında "Qarabağ" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, bu qələbə ilə "Qarabağ" xallarını 36-ya çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. "Qəbələ" isə 8 xalla 11-ci pillədədir.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "Şamaxı" komandaları üz-üzə gələcək.

XVI tur dekabrın 22-də "Sumqayıt" – "Sabah" oyunu ilə yekunlaşacaq.

xxx

10:00

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Trend xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Hazırda Qəbələ klubu 8 xalla sonuncu – 11-cipillədə qərarlaşıb. “Qarabağ” isə 33 xalla 2-cidir.

Günün ikinci matçında isə “Araz-Naxçıvan” öz meydanında “Şamaxı”nı qəbul edəcək. 15 turdan sonra 23 xalı olan “Araz-Naxçıvan” 6-cı, “Şamaxı” isə 20 xalla 8-ci yeri tutur.

Xəbər lenti

Xəbər lenti