Bakı. Trend:
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sirski Ukrayna ordusunun bəzi istiqamətlərdə uğurlu əks-hücum əməliyyatları apardığını bildirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, komandan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, döyüş əməliyyatları davam edir və Ukrayna ordusu mövqelərini qoruyur.