Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının San-Fransisko dairəsində 125 mindən çox istehlakçı işıqsız qalıb.
Trend-in məlumatına görə, bu barədə "PowerOutage" monitorinq resursunun məlumatlarında bildirilib.
Məlumata əsasən, elektrik enerjisinin verilməsində fasilələr 125 542 yaşayış və kommersiya binasına təsir göstərib.
"Pacific Gas and Electric (PG&E)" şirkəti problemdən xəbərdar olduğunu və Bakı vaxtı ilə səhər saat 10:15-ə qədər problemi həll edəcəyinə ümid etdiyini bildirib.