...

Gürcüstan 2026-cı ildən QDİƏT-ə sədrlik edəcək

Dünya xəbərləri Materials 21 Dekabr 2025 18:18 (UTC +04:00)
Gürcüstan 2026-cı ildən QDİƏT-ə sədrlik edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan 2026-cı il yanvarın 1-dən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik edəcək.

Trend-in məlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Zonası Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası zamanı bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, 2026-cı il iyunun 30-dək davam edəcək altı aylıq sədrlik dövründə əsas diqqət nəqliyyat infrastrukturu, nəqliyyat və enerji sahələrində layihələrin həyata keçirilməsinə, həmçinin Qara dəniz regionunda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəldiləcək.

QDİƏT Qara dəniz bölgəsi və Cənubi Balkanları əhatə edən 13 ölkəni birləşdirən regional iqtisadi təşkilatdır. Təşkilat 1992-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və baş qərargahı İstanbulda yerləşir.

Xəbər lenti

Xəbər lenti