Bakı. Trend:
Rezidentura imtahanlarının elektronlaşdırılması bu il tam hazır olsa da, mürəkkəb cədvəl səbəbindən tərəddüd etdik və onları cədvələ daxil edə bilmədik. Lakin növbəti ildən ikinci mərhələ üzrə rezidentura imtahanlarını elektron formatda keçirməyi planlaşdırırıq.
Bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
"Hazırda imtahan sistemi hazırdır, lakin cədvəl və yer məsələləri mövcuddur. Bizdə elektron imtahanlar korpusunda 750 yer var. Buna görə də regionlarda olan mərkəzlərdə də elektron imtahan auditoriyalarına ehtiyac var", - o qeyd edib.
