...

"Arsenal" "Yuventus"un hücumçusunu transfer etmək istəyir

İdman Materials 20 Dekabr 2025 15:55 (UTC +04:00)
"Arsenal" "Yuventus"un hücumçusunu transfer etmək istəyir

Bakı. Trend:

"Arsenal" "Yuventus"un futbolçusu Conatan Davidi transfer etməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

London təmsilçisi 25 yaşlı hücumçunun qarşılığında Turin klubuna Qabriel Jesusu təklifi edib. Lakin, "Yuventus" "Arsenal"a rədd cavabı verib.

Qeyd edək ki, Conatan David bu ilin yayından "Yuventus"da oynayır. Qabriel Jesus isə 2022-ci ildən "topçular"ın formasını geyinir.

Xəbər lenti

Xəbər lenti