Bakı. Trend:
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana qarşı mümkün yeni hücumlar barədə məlumatlandırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "NBC News" televiziya kanalı planlarla birbaşa tanış olan mənbəyə, eləcə də dörd keçmiş ABŞ rəsmisinə istinadən xəbər verib.
Bildirilib ki, İsrail tərəfi hesab edir ki, Tehran ballistik raket proqramını genişləndirir və D.Trampla qarşıdan gələn görüşdə öz arqumentlərini təqdim etməyə hazırlaşır. Mənbələr iddia edirlər ki, İranın ballistik raket istehsalı ayda 3000-ə qədər arta bilər.
Onların sözlərinə görə, İsrailin həmçinin İranın ABŞ-nin iyun ayında zərbə endirdiyi uran zənginləşdirmə müəssisələrini yenidən qurmasından narahatdır.