...

"Fənərbağça"nın prezidenti sərbəst buraxılıb

İdman Materials 20 Dekabr 2025 21:02 (UTC +04:00)
"Fənərbağça"nın prezidenti sərbəst buraxılıb

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.

Məlumata əsasən, Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.

O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti