...

İlon Mask sərvəti 700 milyard dolları keçən ilk insan oldu

Dünya xəbərləri Materials 20 Dekabr 2025 23:30 (UTC +04:00)
İlon Mask sərvəti 700 milyard dolları keçən ilk insan oldu

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask sərvəti 700 milyard dolları keçən ilk insan oldu.

Trend-in məlumatına görə, bu barədə "Forbes" jurnalı xəbər verib.

Nəşr milyarderin sərvətinin artmasını Delaver Ali Məhkəməsinin cümə günü sahibkarın rəhbərlik etdiyi "Tesla" şirkəti üçün səhm opsionları şəklində kompensasiya hüququnu bərpa etmək qərarı ilə əlaqələndirib. Nəticədə sahibkarın sərvəti 139 milyard dollar artaraq 749 milyard dollara çatıb.

"Forbes"un milyarderlər siyahısına İ.Mask başçılıq edir, onun ardınca "Google"ın həmtəsisçisi Larri Peyc (252,7 milyard dollar), "Oracle"ın sədri Larri Ellison (242,8 milyard dollar) və "Amazon"un təsisçisi Jeff Bezos (239,4 milyard dollar) gəlirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti