Bakı. Trend:
Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.
Trend-in məlumatına görə, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu” komandasına keçib.
Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə sözləşməni daha 6 ay uzada bilər.
Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda oynayıb.