...

Bakıda Azərbaycan və Monteneqro xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 20 Dekabr 2025 13:13 (UTC +04:00)
Bakıda Azərbaycan və Monteneqro xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib (FOTO) (YENİLƏNİB)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, mətbuat konfransında ölkələr arasındakı ikitərəfli münasibətlər, eləcə də beynəlxalq və regional gündəmin aktual məsələləri müzakirə olunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov brifinqdə çıxışı zamanı bildirib ki, Azərbaycan və Monteneqro arasında ikitərəfli əməkdaşlığın əhəmiyyətli və məzmunlu tarixi formalaşıb.

Nazirin sözlərinə görə, 2025-ci ildə Azərbaycan və Monteneqro arasında mühüm razılaşmalar əldə edilib və bir sıra müvafiq sazişlər imzalanıb.

“Azərbaycan Monteneqro iqtisadiyyatına təxminən 1 milyard ABŞ dolları həcmində investisiya yatırıb və bu vəsaitlərin böyük hissəsi turizm sektoruna yönəlib”, – deyə o əlavə edib.

Ceyhun Bayramov həmçinin qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mütəmadi olaraq keçirilir. Hazırda Azərbaycan və Monteneqro müxtəlif sahələri əhatə edən 22 saziş imzalayıb ki, bu da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

“Apardığımız müzakirələr və hökumətlərarası komissiya çərçivəsində geniş spektrli məsələlər ətraflı şəkildə nəzərdən keçirildi. Xüsusilə ticarət dövriyyəsi, qarşılıqlı güzəştlərin təmin edilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu”, – deyə nazir vurğulayıb.

Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç isə öz növbəsində bildirib ki, Azərbaycan və Monteneqro arasında münasibətlər dostluq xarakteri daşıyır və konkret nəticələrə, eləcə də birgə əməkdaşlığa əsaslanır.

“Əminik ki, qarşıdakı dövrdə yüksək səviyyəli təmaslar ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirəcək və qarşılıqlı əlaqələrimizin böyük potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək”, – deyə o bildirib.

İbrahimoviç həmçinin qeyd edib ki, Monteneqro Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları alqışlayır.

“Biz prosesin düzgün istiqamətdə irəliləməsindən məmnunuq. Ümid edirik ki, enerji sektorunda lider olan ölkəniz sülh və rifah məsələlərində də – təkcə regionda deyil, bütün dünyada liderliyini davam etdirəcək”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti