...

Çin Bohay neft-qaz yatağında rekord hasilat əldə edib

Dünya xəbərləri Materials 21 Dekabr 2025 12:21 (UTC +04:00)
Çin Bohay neft-qaz yatağında rekord hasilat əldə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Milli Neft Korporasiyası (CNOOC) 2025-ci ildə Bohay neft-qaz yatağında rekord səviyyədə – 40 milyon ton neft və qaz hasilatı həyata keçirib.

Trend-in məlumatına görə, bu göstəricinin artması əsasən "Kenli 10-2" və "Boçjun 26-6" neft yataqları da daxil olmaqla bir sıra əsas obyektlərin səmərəli istismarı ilə bağlıdır.

Qeyd olunur ki, Bohay neft-qaz yatağı Sarı dənizin Bohay körfəzində yerləşir və Çinin ən böyük yatağı hesab olunur. Yataqda ümumi hasilat həcmi artıq 600 milyon tonu ötüb.

Xəbər lenti

Xəbər lenti