...

Naxçıvanda vəkilin müraciəti əsasında üzvlük haqqından azad edilməsi mümkün olacaq

Cəmiyyət Materials 20 Dekabr 2025 10:13 (UTC +04:00)
Naxçıvanda vəkilin müraciəti əsasında üzvlük haqqından azad edilməsi mümkün olacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləri artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti:

  • Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını çağırır və onun qərarlarının icrasını təşkil edir;
  • Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunda nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirir, vəkil reyestrinin aparılmasında iştirak edir;
  • dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını təsdiq edir və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir;
  • Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyin edir;
  • ixtisas imtahanının qaydasını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir;
  • vəkilləri həvəsləndirmə qaydasını müəyyən edir və vəkillərin həvəsləndirilməsini həyata keçirir;
  • vəkillər barəsində intizam icraatı başlayır və bu Qanundə nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edir;
  • vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir;
  • Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiq edir;
  • Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarların icrasının təmin edilməsi ilə bağlı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç ay müddətində monitorinqini aparır, onların nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edir;
  • vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğini müəyyən edir;
  • Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərc istiqamətlərini müəyyən edir;
  • Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müəyyən etdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbul edir;
  • vəkillərin fəaliyyətində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraq tədbirlər görür;
  • bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri həll edir.

Mövcud qanunvericiliyə əsasən, üzvlərinin üçdə ikisi iştirak etdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Rəyasət Heyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Layihəyə əsasən, səslər bərabər olduqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına sədrlik edənin səsi həlledici olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti