Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Floridaya getməyi planlaşdırdığını açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə Şimali Karolinaya uçmazdan əvvəl jurnalistlərə danışıb.
Trampın sözlərinə əsasən, Floridada əsas diqqət iqtisadi məsələlərə yönələcək. Səfər Mayamidə Ukrayna ilə bağlı nəzərdə tutulan növbəti danışıqlar mərhələsi ərəfəsində baş tutacaq.
“Biz Floridaya qısa müddətlik gedirik, əsas məqsəd işgüzar məsələlərdir. Bir sıra görüşlər planlaşdırılıb”, – deyə Tramp bildirib.
O əlavə edib ki, səfər çərçivəsində sığorta şirkətləri ilə də müzakirələr aparılacaq.
“Biz sığorta şirkətləri ilə tariflərin ciddi şəkildə azaldılmasının mümkün olub-olmadığını müzakirə etmək istəyirik. Əgər buna nail ola bilməsək, insanlara birbaşa ödəniş edəcəyik və onlar öz tibbi sığortalarını özləri təmin edəcəklər”, – ABŞ Prezidenti qeyd edib.