Bakı. Trend:
İspaniya La Liqasının XVII turu çərçivəsində “Real Madrid”lə “Sevilya” arasında keçirilən qarşılaşma başa çatıb.
Trend-in məlumatına görə, Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan oyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Matçın hesabını 38-ci dəqiqədə “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem açıb. Görüşün sonlarına yaxın, 86-cı dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü artırıb və oyunun yekun nəticəsini rəsmiləşdirib.