...

“Sputnik Azərbaycan” işinə görə daha 5 nəfər saxlanılıb

Hadisə Materials 1 İyul 2025 14:28 (UTC +04:00)
“Sputnik Azərbaycan” işinə görə daha 5 nəfər saxlanılıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Trend-ə verilən məlumata görə, onlar Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti