...

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 150-dən çox saxlanılan var

Dünya xəbərləri Materials 1 İyul 2025 13:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 30 vilayətində FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, son 2 həftə ərzində jandarm qüvvələrinin həyata keçirdiyi əməliyyat çərçivəsində 156 şübhəli saxlanılıb, onlardan 65-i barəsindəhəbs qətimkan tədbiri seçilib.

"Əməliyyatın gedişində saxlanılan şübhəlilərin FETÖ-nün “cari strukturu”, o cümlədən məsul şəxsləri ilə sıx təmaslarda olduğu, terrorçu qruplaşmaya maddi dəstək göstərdiyi və sosial şəbəkələr üzərindən təşkilatın təbliğatı ilə məşğul olduğu bildirilir.

Əməliyyatların aşağıda adları çəkilən vilayətlərdə həyata keçirildiyi qeyd olunur:Adana, Adıyaman, Amasya, Ankara, Artvin, Aydın, Balıkesir, Batman, Bursa, Diyarbakır, Edirne, Elazığ, Erzurum, Eskişehir, Gaziantep, Giresun, Hatay, İstanbul, İzmir, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mersin, Muğla, Sakarya, Siirt, Şanlıurfa, Trabzon, və Yozqat", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti