...

Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində birgə layihələr gerçəkəşdirməyi planlaşdırır - Nazir müavini

Cəmiyyət Materials 1 İyul 2025 12:56 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində birgə layihələr gerçəkəşdirməyi planlaşdırır - Nazir müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Ağdam. Trend:

Azərbaycan və Qırğızıstan gənclər siyasəti sahəsində birgə layihələr həyata keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Qırğzısıtanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirinin müavini Soyuzbek Nadırbekov İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Qırğızıstan və Azərbaycan bundan sonra da gənclər siyasəti, mədəniyyət və idman sahələrində sıx əməkdaşlıq etmək niyyətindədir. Biz hər iki ölkənin gənclərinin qarşılıqlı fəaliyyəti və inkişafı üçün yaxşı platformaya çevriləcək birgə layihələrin gerçəkləşdirilməsini planlaşdırırıq", – deyə o qeyd edib.

Onun sözlərinə görə, Gənclər Forumunun Xankəndidə keçirilməsi xüsusi rəmzi məna daşıyır. Çünki Qarabağ bölgəsində yerləşən Ağdam bərpanı təcəssüm etdirir, gənclər isə qurub-yaradan, irəliyə aparan bir qüvvədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti