...

Yanvar-may aylarında 35 min 515 mənşə sertifikatı verilib

İqtisadiyyat Materials 1 İyul 2025 20:03 (UTC +04:00)
Yanvar-may aylarında 35 min 515 mənşə sertifikatı verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən cari ilin yanvar-may ayları ərzində 35 min 515 mənşə sertifikatı verilib.

Dövlət Agentliyindən Trend-ə bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz artıb.

Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələr tərəfindən tətbiq olunan güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti