Bakı. Trend:
Misir neft şirkətinin qazma qurğusu Süveyş körfəzinin sularına düşüb.
Trend-in məlumatına görə, bu barədə Misir Neft və Mineral Ehtiyatlar Nazirliyinin bəyanatında bildirilib.
Məlumata əsasən, ölkənin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi artıq hadisə yerinə yola düşüb.
"Neft və Mineral Ehtiyatlar Nazirliyi bir müddət əvvəl Süveyş körfəzindəki Qebel əl-Zeyt sahillərində Adam Marine 12 qazma qurğusunun çevrilməsi ilə bağlı xəbər alıb. Neft naziri və əmək naziri vəziyyəti qiymətləndirmək üçün artıq hadisə yerinə gediblər", - deyə qeyd olunub.
Qazma qurğusunun hansı səbəbdən çökdüyü məlum deyil.
Misirin “Əl-Youm əs-Sabia” portalı öz növbəsində hadisə nəticəsində azı 4 nəfərin öldüyünü, 21 nəfərin isə yaralandığını bildirib.