Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, o, ticarət rüsumlarının tətbiqində növbəti təxirəsalmanı nəzərdən keçirmir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə deyib.
"Mən fasilə haqqında düşünmürəm. Bir çox ölkələrə məktublar yazacam. Deyəsən, siz indi prosesi başa düşməyə başlayırsınız", - deyə o bildirib.
Eyni zamanda D.Tramp ABŞ-nin Yaponiya ilə ticarət sazişi bağlaya bilməyəcəyini ehtimal edib. Onun sözlərinə görə, bu və digər ölkələr “30-40 il ərzində [Amerika dövlətini] qarət etməklə korlanıblar, ona görə də onlarla razılaşmaq çox çətindir”.