...

USAID iyulun 1-dən bütün xaricdəki proqramları bağlayacaq - ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 2 İyul 2025 04:47 (UTC +04:00)
USAID iyulun 1-dən bütün xaricdəki proqramları bağlayacaq - ABŞ dövlət katibi

Bakı. Trend:

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun 1-də planlaşdırıldığı kimi bütün xarici yardım proqramlarını rəsmən dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.

"USAID iyulun 1-də xarici yardımın həyata keçirilməsini rəsmən dayandıracaq", - deyə qeyd olunub.

Qeyd olunub ki, ABŞ hakimiyyətinin hazırkı siyasətinə zidd olmayan bütün yardım proqramları bundan sonra USAID deyil, birbaşa Dövlət Departamenti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, mart ayında ABŞ milli maraqlara uyğun olmayan həddindən artıq xərclər səbəbindən USAID proqramlarının 83 faizini ixtisar etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti