Bakı. Trend:
Madridin "Atletiko" futbol klubu mövsümlərarası fasilədə heyətini gücləndirməyə davam edir.
Trend-in məlumatına görə, İspaniya təmsilçisi İtaliyanın "Atalanta" klubundan Matteo Ruççerini transfer edib. İtaliya millisinin 22 yaşlı yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Məlumata əsasən, transferin dəyəri 17 milyon avro təşkil edir, əlavə olaraq 3 milyon avro bonus ödənişi nəzərdə tutulub.