...

Pakistanda polis şöbəsi və banklara hücum - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 1 İyul 2025 16:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın cənub-qərbində onlarla silahlı şəxs Mastunq qəsəbəsində yerləşən polis şöbəsinə basqın edib, iki bankı yandırıb.

Trend bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində bir yetkinlik yaşına çatmamış oğlan həlak olub, doqquz nəfər yaralanıb.

Mastunq qəsəbəsinin inzibati rəhbəri Yan Mohammed silahlıların mülki əhaliyə atəş açdığını bildirib.

Təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş vermiş toqquşmada bir neçə döyüşçünün öldüyü bildirilir.

Hücumlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, əsas şübhələr Baloc Azadlıq Ordusu adlı separatçı qruplaşmaya yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti